Ağıllı Ev

SmartLife

Ağıllı Ev

“Ağıllı Ev” - Smart Home son texnologiyaların bir araya gəlməsi nəticəsində, evlərin avtomatlaşdırılmasının təkamülüdür. Ağıllı Evlərin sadə və intuitiv istifadəçi interfeysi ilə evin bütün cihazlarına və eləcədə məlumatlara nəzarət etməklə, istifadəçilər üçün çox komfortlu yaşam mühüti yaradılır. SMARTLIFE şirkət olaraq, evlərin və binaların avtomatlaşdırma sistemlərinin qurulması xidmətini həyata keçirir. Öz sahəsində son dərəcə hazırlıqlı və proffesional heyyətlə, sektorun sürətli inkişaf edən şirkətidir. SMARTLİFE şirkəti tərəfindən təqdim edilən bütün ağıllı ev cihazları bir-biri ilə bağlıdır və smartfon, planşet vasitəsi ilə bir mərkəzdən idarə edilir. Qapı kilidləri, istilik termostatları, ev monitorları, kameralar, işıqlandırma, və hətta soyuducu ev avtomatlaşdırma sistemi ilə idarə oluna bilər. Sistem, mobil və ya digər şəbəkə cihazlarına yüklənir, istifadəçi müxtəlif ssenarilər yaratmaqla avadanlıqları istədiyi vaxtda istifadəsinə dair komanda verə bilər. Dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi olduğu təqdirdə avadanlıqları idarə etmək mümkündür. Təhlükəsizlik sitemi qoşulu olduqda, evinizdə hərəkətlilik olarsa, harda olmağınızdan asılı olmayaraq smartfonunuza həyacan siqnalı daxil olacaq. Evdə yanğın olduqda birbaşa fövaqladə hallar çağırış xidməti məlumatlandırıla bilər. SMARTLİFE şirkətinin təqdim etdiyi qabaqcıl texnologiyalar vasitəsi ilə, evinizi tam olaraq komfortlu edib və texniki olaraq yeniləyə bilərsiniz

Mobil Tətbiq Proqramı

SMARTLİFE ağıllı ev sisteminin xüsusi mobil tətbiq proqramı, sensorlu monitorlar, planşet və smartfonlar vasitəsi ilə ofisləri, mənzillərinizi, bağ evlərini və həyətyani sahəni idarə etmək imkanlarını verir. Yeni nəsil ağıllı ev sistemləri, evinizin təhlükəsizliyini təmin edir, xəbərdarlıq sistemi ilə təhlükəsizliyə təminat verir. Yanğın, su basqını, qaz sızması, uşaq, yaşlı adamlara baxım kimi bir çox mövzuda ağıllı həllər təklif edir. Təhlükəsizlikədən əlavə, evinizdəki bütün işıqlandırma, istilik, havalandırma sistemlərinin uzaqdan idarə edilməsini, eləcədə jalüz, pərdə, tv və s. multimediya vasitələri kimi elektriklə işləyən bütün cihazların idarəsini sizə təqdim edir. Üstəlik işığın, qazın, suyun sərfiyatına dair gündəlik, aylıq və illik hesabatlar təqdim edilir, və bu hesabatlar sayəsində siz sərfiyyatınıza nəzarət və qənaət edə bilərsiniz.

Binaların infrastrukturu

Binalarınızın mövcüd infrastrukturu, istifadə məqsədi, texniki təchizatı, personal sayı, qənaət və mövcüd sistemlərin idarəetmə ehtiyacları binalarda ağıllı idarəetmənin qurulmasında və avtomatlaşdırılmasında önəmli faktorlardı. Sənaye obyektləri, yaşayış binaları, otellər, ticarət mərkəzləri, ofis mərkəzləri, xəstəxanalar, təhsil müəssisələri fərqli avtomatlaşdırma və inteqrasiya ehtiyaclarına malikdir. SMARTLİFE şirkəti binalarda ağıllı sistemlərin qurulması və avtomatlaşdırılmasına dair aşağıdakı işləri görür:

• İstilik-soyutma, ventilyasiya, su təminatı sistemlərinin idarəsi və nəzarəti.

• Daxili-xarici işıqlandırmanın idarə edilməsi və nəzarəti.

• Mərkəzi təhlükəsizlik sitemi.

• Hovuz nasosları, su anbarı, generatorlar və digər avadanlıqlara məzkəzləşdirlmiş nəzarət.

• Gündəlik və aylıq məsrəflərə dair hesabat və qənaətin təmin edilməsi.